Bu, mənim özümə verdiyim ən əsas sualdır.
Məncə siz də özünüzə bu sualı verin.
O yaşa gəlincə ‘Kaş ki’ sözünü istifadə etməyəsiniz deyə…
Onsuz da 60-70 il yaşama ehtimalımız var və nəzərə alsaq ki, 30 yaşını keçmişik və sonuncu 20 ildə işləmə gücümüz olmayacaq, Bizim cəmi 20 il vaxtımız var.
Bu zamanı necə edə bilərik ki, Vətənə, Millətə, Dünyaya və Bəşəriyyətə dəyər qazandırıb gedə bilək ?
Yoxsa işləyib, pul qazanıb, yeyib, içib keyf eləyib sonra ölüb getmək nə qədər də orta statistik və hərkəsin etməyə çalışdığı bir plandır?
www.population.io saytında ad gününüzü qeyd edin, öz həyat gözləntinizi hesablayın və sonra da əsas suala özünüz üçün cavab verməyə çalışın.
50 yaşına qədər mən nələri etməliyəm ?
Öz fikirlərinizi komentlərdə qeyd edin müzakirə edək…