34 cü ilə təcrübə və xülasələr

Imran Baghirov

Imran Baghirov

Hər il olduğu kimi, bu il də ad günümdə özüm üçün və sizlər üçün kiçik bir xülasə yazıram. Məqsədim şəxsən faydalanmaq və faydanı paylaşmaqdır. Bu dəfə yazacaqlarım keçən il yazdıqlarıma əlavə olaraq bu il ərzində yaşadıqlarımdan xülasədir, müxtəlif hadisələrdən və təcrübələrdən süzülmüş həqiqətlərimdir. Məni bu il ərzində düşündürən, həm də, narahat edən mövzulardır. Ümidvaram ki, kimlər üçünsə də bu faydali olacaqdır.

Unudulmuşlardan olmamaq arzusu

Hədəfin olması xoşbəxtlikdir. Özü də böyük xoşbəxtlik. Çünki, baxıb görürsən ki, çox adamın həyatda yaşama məqsədi yeyib içib pul qazanıb ev,maşın, villa almaqda tükənir. Bunu edənlər tarix boyu olub və indi də var. Üzücü xəbər odur ki, tarix adətən onlar haqqında susur. Məsələn əsrlər öncə yaşamış varlılar haqqinda kim nə bilir? Amma o dönəmlərdə yaşamıs , insan həyatına fayda vermiş, icadlar etmiş adamları hamımız tanıyırıq.

Bizim qabağımızda da bu sual var. Hədəfimizi necə qoyaq ki, unudulmuşlardan olmayaq. Hökmən deyil alim olaq, amma, insanlara faydalı olmaq məcburiyyətimiz olmalıdır. Əgər arzumuz unudulmazlardan olmaqdırsa. Bilirəm, bunu oxuyanların bir çoxu üçün bu utopik və motivasiya çıxışı kimi səslənir yəqin, amma, bir düşünün, hərkəs kimi olub unudulmuşlar sırasında olmaqmı, ya da nəyəsə cəhd edib insanlara fayda verən biri kimi yaddaşlarda qalmaqmi ?

Hədəfsizlikdənsə, utopik hədəfin olması yaxşıdı

Üzücü də olsa bu məsələnin üzərinə bir dəfə durmaq istəyirəm. Hədəfsizlik. Möcüzələr olkəsində olan Alisanin hekayəsində pişikdən yol soruşarkən, pişik ondan hara getmək istədiyini soruşur, amma getmək istədiyi son nöqtəni Alisa bilmədiyindən pişik də hansı yolu seçməyin əhəmiyyətsiz olduğunu deyir. Həyatda da belədir. Hədəfimiz olmadıqdan sonra həyat seçimlərimizin mənası qalmır. Yəni etdilərimizin doğrusu və ya yalnışı qalmır. Çünki hamısı yalnışdır, heç biri sizi əmin olduğunuz bir yerə gətirməyəcək. Beləliklə 50-60 yaşına gəlib peşmançılıqlar başlayır. Siz peşman olmayasınız deya bu bəndi yazıram.

Hədəfin olmamasındansa reallıqdan çox uzağ səslənən bir hədəfin olması daha yaxşıdı. Məsələn insanları xəstəliklərdən xilas ətmək, Yupiterdə həyat qurmaq, günəş enerjisini uzun müddət saxlaya bilmək və s. Bilirəmz gülməli səslənə bilər ki, bu hədəflər hara , biz hara, amma Həccə gedən qarışqanın həkayəsini yada salaq. Qarışqada soruşurlar ki, hara gedirsən? Deyir ki, həccə gedirəm. Bəs deyirlər ki, sən həccə haçana çatarsan, yol təhlükəli həm də uzundur, həç ömrün belə çatmaz. Deyir ki, mən həyatım çatdığı qədər o istiqamətdə gedəcəyəm, catsam hacı, çatmasam o yolda həyatını verən kimi yadda qalacağam.

Elm çarədir.

İnsanı xoşbəxt edən nədir sualını özümə verəndə cavabım bu oldu. Elm. Elmdən uzaq qalmışıq. Xaricə gedib konfranslarda iştirak edib geri qayıdarkən başımızı tutub qayıdırıq, çünki elm ilə bizim aramızda təbbəllik, ümidsizlik və hədəfsizliyimiz durub.

Xaricilər hər gün yeni icadlar edərkən biz sevinsək də onu anlamalıyıq ki, onu sabah bizə satacaqlar və ödənişini bizdən alacaqlar. Qat qat. İndiki dönəm silah , tüfəng, qılınc vaxtı deyil, ağıl, elm və innovasiya vaxtıdır. Bunu etməyənə çox çətin olacaq. Siz elmlə məşğul olun. Məqsədiniz isə dünyanı yaşamaq üçun daha gözəl bir yerə çevirmək olsun.

Tibb hələ də acizdir.

Bu il boyu tibb sektoruna çox toxundum. Çünki, bir neçə dostumu xərçəngdən itirdim. Həkimlərlə danışarkən aydın olduki, tibb elmi hələ də xərcəng kimi bir çox mövzularda acizdir. Çarəsi olan mövzularda isə bilik və təcrübə sahibləri o qədər azdır ki, çox insan diaqnoz səhv qoyulduğundan və ya doğru yerə gedib çıxa bilmədiyindən həyatını itirir. Acımasız səslənir, elə deyilmi? Bir gün oyanırsınız ki, siz xerçəngsiniz və həkimlərin etikləri sadəcə problemi yarımçıq həll edən işlərin edilməsidir.

Bu sahədə hələ də çox görüləsi işlər var. Çünki, xərçəngi belə bir kənara qoysaq, sağalması mümkün olan o qədər xəstəliklər var ki, insanlar hələ də onlara görə tələf ola bilirlər. Belə vəziyyətdə innovasiyalar insan həyatı qurtara biler. Texnologiyanın tibbə bu qədər yaxın olduğu vaxt, siz de insan həyatı qurtara bilmək ücün bu sahədə cəhd etməyə çalışın.

Kömək etmək xəsisliyi

Üzüldüyüm məsələlərdən biridir. Başqasının çətin günündə özünü aidiyyatsız kimi hiss etmək və kömək etməyə tələsməmək. Halbuki, özümüz çətin günümüz olanda bu gözləntidə oluruq və insanlardan gözləyirik. Bugün biri təhsil pulunu ödəyə bilmir, digəri xəstəsinin ödənişini edə bilmir, digəri evinin xərcini ödəyəb bilmirsə, o istəmədən belə ona kömək etmək bizim borcumuz olmalıdı. Cəmiyyət məhz belə formalaşır. Kömək et ki, kömək ediləsən, dəstək ol ki, dəstək olunasan.

Nəyisə edəndə də həmin adamdan bu gözlənti içində olmayaq. Çünki , verən də alan da Allahdır. Nədənsə yas məclislərindən çıxan kimi bunu tez bir müddətdə unutmağı bacarırıq. Hər dəfə. Eyni şey. Kömək edək, dəstəksiz olmayaq.

Feminizm və cinsi bərabərlik

Xanımların cəmiyyətimizdə xüsusi rolunun olmasını və onlara olan hörməti heç kim danmır. Son dönəmlərdə isə, xanimların tədris edilməsi, onlara dəstək göstərilməsi fəaliyyətləri olmuşdur və bunlar üzrə mən daima dəstəkçi qismində olmuşam. Çunki, inandığım odur ki, qadınların iqtisadiyyatda rolu artması iqtisadiyyatimızın faktiki artmasi deməkdir. Təhsilli və güclü qadın eyni zamanda da güclü iqtisadiyyat deməkdir.

Əfsuslar olsun ki, bu proses içində mövzunu tam anlamayanlar oldu ki, bunu “kişi düşmənciliyi” kimi anladılar. Hətta özlərinə feminist deyənlər belə bu sözun tam mənasını başa düşə bilmirdilər. Məsələnin başqa tərəfi var ki, cinsi bərabərlikdir. Bu da onu əhatə edir ki, şanslar və imkanlar hər kəs ücün eynidir (kiməsə pozitiv diskriminasiya edilmir). Amma aydın olan odur ki, bir çox xanımların gözləntiləri azad rəqabətdə iştirak edib cəmiyyətdə öz yerini tutmaq deyil, özünü əzilmiş qurban kimi göstərib cəmiyyətdən onsuz da xeyli əldə edilmiş pozitiv diskriminasiyaların sayının artırılmasıdır. Bu çox üzücü bir məsələdir.

Qadın və kişi yaradılışca fərqlidirlər amma cəmiyyətdə haqqları eynidir. İmkanları da eyni yaradaq ki, hər kəs öz bilik və bacarıqları səviyyəsində bu cəmiyyətdə yerini tutsun.

Korporativ etika uğurlu şirkətləri digərlərindən ayırır

Etika anlayışı geniş olsa da, onun tətbiqi gündəlik fəaliyyətlərimizin məcmusundan ibarətdir. Ən kiçik davranışimız belə, korporativ etikanı formalaşdırır və yayır. Çox şirkətləri gördüm ki, iqtisadi müstəvidə cənnətdə olmasına baxmayaraq sırf daxili etika və davranışlarına görə öz yerlərini bazarda saxlaya bilməyiblər, itiriblər.

Etikanı kim yaradır? Rəhbər. Ona görə rəhbərinə baxıb şirkətin vəziyyətini və gələcəyini təxmin etmək çətin olmur. Etik qaydalar çalışan bir şirkətdə hem işçilər məmnun olur həm də ki, müştərilər. Əziz rəhbərlər, bu mədəniyyəti yaradaq və qoruyaq…

Bu günə özəl yazmaq istədiklərim bu qədərdir. Kiməsə fikirlərim faydalı gəldiysə bu mənim üçün böyük xoşbextlikdir. İdeyaları muzakirə etmək üçün mənə twitterdə @imranbaghirov hesabına yaza bilərsiniz.

Özünüzə yaxşı baxın,

İmran Bağırov.

%d bloggers like this: