Qısamüddətli işlər və sürətlər qutusu

Qısamüddətli işlər və sürətlər qutusu

Hərkəs qısa müddətdə nəticə əldə etmək istəyir. Məsələ orasındadı ki, dünyanı xilas edəcək məsələlərin heç biri qısa müddətli layihələr deyil. Qısa müddətli işlər yalnız onlar ola bilər ki, bugün edək və sabaha nəticəsini əldə edə bilək. Yaxşı tərəfi odur ki, adından göründüyü kimi nəticəni ani olaraq görmək olur, risk azdır. Digər tərəfdən yaxşı olmayan tərəfi odur ki, rahat və sadə olduğu üçün hərkəs bunu edə bilir və nəticə etibari ilə böyük gəlirlər bu yolla əldə edilə bilinmir.

Ətrafa baxanda, biznes insanları görüşəndə görürəm ki, hamının ağlında bir şey var. “Necə edim ki, tez qazanım”. Əlbəttə ki, burada yalnış bir şey yoxdur, amma, bunun yanında uzunmüddətli layihələr də olmaldır ki, sürətlər qutusunda növbəti səviyyəyə keçmək imkanı olsun.

Növbəti Səviyyə nədir? 

Düşünün ki, uzun yol getməlisiniz, velosiped sürürsünüz və həmin velosipeddə sürətlər qutusu var (Adətən 3,7,27 və s. saylı sürətlər ötürücüsünə rast gəlmək olur). Məlumdur ki, daha sürətli getmək üçün ya pedalları daha sürətli firlatmalısınız ya da ki, sürət qutusunu növbəti səviyyəyə keçirib daha az fırladaraq eyni nəticəni əldə etməlisiniz. Lakin burada bir məsələ var. Yuxarı ötürmələrdə ilk əvvəl ayağa düşən təziq gücü artmış olur amma dövrlərin sayı azalmış olur. Sürət artıb sizin istədiyiniz səviyyəyə gəldikdə isə daha az quvvə ilə daha çox məsafə qət etmiş olacaqsınız.

İngi gəlin bunu biznes perspektivindən baxaq. Çox uğurlu və milyonçu insanları hər gün görürük amma onların bir çoxunu intensiv amma rahat bir ab havada olduqlarını hiss edirik. Adətən idarəçiləri və rəhbərləri tər qan içində görmürük. Məsələ isə çox sadədir.

İdarəçilər sürət ötürməsini dəyişir, işçilər isə pedalları fırladırlar

İdarəçilərin işi sürətlər qutusunda yeni bir mərhələni kəşf etmək və ona keçidi həyata keçirməkdir. İşçilər isə, yeni sürətə keçmək üçün ilk öncə çox çalışmalı, ağır keçir prosesindən keçməlidirlər. Lakin işlər qaydasına düşüncə və sürət artınca bu əziyyət azalır, əvəzində isə eyni qədər işə daha çox məsafə qət etmək, gəlir qazanmaq imkanı real olur.  Məhz bu velosiped misalından oxşatma etsək, davamlı və tez gəlir qazanmaq istəyənləri mən velosipedin ilk sürətində daha çox məsafə qət etmək imkanı axtaran ilə oxşadıram. Səbr etmədən, özünü müvəqqəti əziyyətə vermədən böyük gəlirlərdən danışmaq sadəlovlükdür.

Məsələnin başqa tərəfi isə mənim ən çox vurğuladığım və şikayət etdiyim , “qocalmış proseslərdir”. Şirkət rəhbərləri mənə fəxrlə deyəndə ki, “15 ildir bu qaydada işləyirik və hər şey əladır” mən əmin oluram ki, o prosesdə ciddi problemlər var ki, bu qədər müddət içində heç bir dəyişiklik olmayıb.Bizim nümunəyə qayıtsaq, bu o mənaya gəlir ki, 15 ildir eyni sürətlər qutusunda pedallar fırladılıb, halbuki eyni əziyyətlə dəfələrlə daha çox nəticə əldə etmək olardı.

 

Sizi bu yazı ilə baş başa buraxıram…

Rəylərinizi və fikirlərinizi mənə twitter üzərindən yaza bilərsiniz. – imranbaghirov